Bank Of Baku

“Memorial abidələr və anım yerləri haqqında” qanun layihəsi hazırlanacaq

“Memorial abidələr və anım yerləri haqqında” qanun layihəsi hazırlanacaq
# 12 fevral 2011 08:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda “Memorial abidələr və anım yerləri haqqında” qanun layihəsi hazırlana bilər. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. N. Cəfərov bildirib ki, artıq deputatlar tərəfindən bir sıra təkliflər də var.

Komitə sədri deyib ki, qanun layihəsində dinindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün millətlərə məxsus qəbristanlıqların, lokal əhəmiyyət daşıyan məzar abidələrinin, şəhidlərin xatirəsinə, yaxud hansısa hadisə ilə bağlı qoyulmuş abidələrin, xatirə lövhələrinin statusu, onların qorunması və s. məsələlər əksini tapacaq: “Bəzi dövlətlər bu qanunu çoxdan qəbul edib. Bizim komitənin üzvləri bir sıra ölkələrin təcrübəsini öyrəniblər. Hesab edirəm ki, bu il qanun layihəsini hazırlayıb komitənin müzakirəsinə çıxarmağa nail olacağıq”.

N. Cəfərovun sözlərinə görə, bu qanun qəbul edilərsə, Azərbaycan işğal altındakı, eləcə də Ermənistanda qalmış qədim Azərbaycan abidələrinin, məzarlıqların dağıdılmasına görə bu ölkəyə qarşı daha kəsərli mübarizə apara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR