Bank Of Baku

Nizami Cəfərov: “Qanunların adında istifadə olunan “haqqında” sözü ləğv olunmalıdır”

Nizami Cəfərov: “Qanunların adında istifadə olunan “haqqında” sözü ləğv olunmalıdır”
# 14 fevral 2011 07:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Komitə sədrinin sözlərinə görə, hazırda qanunların dili çox mürəkkəbdir və dəyişikliklərdə istifadəsinə ehtiyac olmayan bir sıra terminlər çıxarılacaq.

“Qanunların adında istifadə olunan “haqqında” termini belə artıq sözlərdəndir. Bu söz rus dilindən gəlib. Bəlkə də rus dili üçün onun istifadəsi vacibdir. Azərbaycan dilində buna ehtiyac yoxdur. Hesab edirik ki, qanunların adından “haqqında” sözü ləğv olunmalıdır», - deyə N.Cəfərov vurğulayıb.

Millət vəkili onu da əlavə edib ki, qanunların dilindəki mürəkkəblik səbəbindən məhkəmənin çıxardığı hökmü sadə vətəndaşlar anlamaqda çətinliklərlə üzləşirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR