Bank Of Baku

YAP Siyasi Şurasının üzvləri Qazaxıstanın hakim partiyasının qurultayında iştirak ediblər

YAP Siyasi Şurasının üzvləri Qazaxıstanın hakim partiyasının qurultayında iştirak ediblər
# 14 fevral 2011 09:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən hakim “Nur Otan” Partiyasının qurultayında iştirak ediblər. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Nur Otan” Partiyasının 13-cü qurultayında Azərbaycanı YAP Siyasi Şurasının üzvləri - Milli Məclisin deputatları Aydın Mirzəzadə və Mirkazım Kazımov təmsil ediblər.
Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevin təbriki oxunub.

Sonra partiyanın sədri Nursultan Nazarbayevin aprelin 3-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR