Bank Of Baku

DIU Sədrlər Şurasının növbəti toplantısı keçirilib

DIU Sədrlər Şurasının növbəti toplantısı keçirilib
# 14 fevral 2011 12:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. DUİ Sədrlər Şurası fevralın 15-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulan “Dünyada baş verən proseslər və onun Azərbaycana mümkün təsirləri” mövzusunda konfransa hazırlıqla bağlı məsələləri də müzakirə edib. Qurum üzvləri “Xural” qəzetinə qarşı təzyiqləri pisləyən bəyanat da verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR