Bank Of Baku

Milli Məclisin bitərəf üzvləri MSK üzvlüyünə namizədlərini razılaşdırıblar

Milli Məclisin bitərəf üzvləri MSK üzvlüyünə namizədlərini razılaşdırıblar
# 14 fevral 2011 12:54 (UTC +04:00)
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin də qatıldığı iclasın gündəliyinə heç bir siyasi partiyaya mənsub olmayan (bitərəf) deputatların Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndələrinin razılaşdırılması məsələsi daxil edilib.

Bitərəf deputatların nümayəndəsi, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, MSK ötən ilin noyabr ayında keçirilmiş parlament seçkilərini də yüksək səviyyədə təşkil edib. O qeyd edib ki, iclasın məqsədi heç bir siyasi partiyaya mənsub olmayan deputatların MSK-ya namizədlərini təqdim və təsdiq etməkdir. Bunlardan – Məmmədov Natiq Seyfulla oğlunun namizədliyi hakim Yeni Azərbaycan Partiyasının, Muxtarova Arifə Ağaverdi qızının namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılmalıdır. Digər namizədlər Həsənov Tofiq Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Nadirov Nizami Hüseyn oğlu, Tağıyev Azər Cabir oğlu və əvəzedici qismində namizəd Adilov Nadir Adil oğludur.

Deputatlar çıxış edərək MSK üzvlüyünə namizədlər barədə fikirlərini bildiriblər. İclasın sonunda adları sadalanan şəxslərin namizədliyinə razılıq verilib və məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.

Qeyd edək ki, hazırda YAP-ı MSK-da Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir.

Xatırladaq ki, MM-də azlıqda qalan partiyalardan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mikayıl Rəhimlinin, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Almas Qəhrəmanlının, Ümid Partiyası Akif Qurbanovun, Demokratik İslahatlar Partiyası (DİP) Tamam Cəfərlinin, Böyük Quruluş Partiyası (BQP) Bəxşeyiş Əsgərovun, Ədalət Partiyası isə Elxan Şükürlünün namizədliyini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR