Bank Of Baku

Azərbaycanın müxalifət partiyası cərimə məbləğlərinin artırılmasından narahat olduğunu bildirib

Azərbaycanın müxalifət partiyası cərimə məbləğlərinin artırılmasından narahat olduğunu bildirib
# 14 fevral 2011 13:27 (UTC +04:00)
Bakı-APA. Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, partiyanın gündəlik fəaliyyətinə aid məsələlər müzakirə olunub.

Partiya üzvləri Misirdə baş verən inqilabi prosesləri müzakirə edərək, bunu dünya demokratiyasının qələbəsi kimi dəyərləndiriblər.

İdarə Heyəti üzvləri ABŞ, Böyük Britaniya və İsrail hökumətinin Azərbaycanda terror təhlükəsinin artması ilə bağlı bəyanatlarına diqqət çəkiblər. Partiya hakimiyyəti terror təhlükəsinin aradan qaldırılmasına qarşı təsirli addımlar atmağa və ciddi təhlükəsizlik tədbirləri görməyə çağırıb.

İdarə Heyəti üzvləri uzun fasilədən sonra ABŞ-ın Azərbaycana səfir təyin etməsini və səfir Metyu Brayzanın fəaliyyətə başlamasını hər iki ölkə arasında yaranmış gərginliklərin aradan qalxması baxımından təqdirə layiq olduğunu bildiriblər.

İdarə Heyəti üzvləri İnzibati xətalar məcəlləsinə edilən əlavə və dəyişiklərdə cərimə məbləğlərinin qat-qat artırılmasından narahat olduğunu bildirib və minimum əmək haqqı hədləri ilə uyğun gəlməyən bu qaydaların tətbiq edilməsinin yolverilməz olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR