Bank Of Baku

Müsavat Partiyası mitinq keçirilməsi ilə bağlı müzakirələr aparıb

Müsavat Partiyası mitinq keçirilməsi ilə bağlı müzakirələr aparıb
# 14 fevral 2011 13:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Bu barədə APA-ya partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, iclasda Misirdə baş verən hadisələr müzakirə olunub, demokratiyanın qələbəsi təqdir edilib.

İclasda Müsavat Partiyasının 100 illik yubileyi ilə əlaqədar fevralın 19-da “Təbriz” kinoteatrında keçirilməsi nəzərdə tutulan tədbirlə əlaqədar təşkilati-texniki məsələlər ətrafında müzakirələr aparılıb.

Partiyanın mitinq keçirilməsi ilə bağlı məsələdə də müzakirə olunub. Bu istiqamətdə ictimai təşkilatlar və müttəfiq partiyalarla məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb.

İclasda digər cari məsələlərə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR