Bank Of Baku

Yeni Azərbaycan Partiyası MSK üzvlüyünə namizədlərinin siyahısını parlamentə təqdim edib

Yeni Azərbaycan Partiyası MSK üzvlüyünə namizədlərinin siyahısını parlamentə təqdim edib
# 14 fevral 2011 14:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərini müəyyənləşdirib və təsdiqləyib. Bu barədə APA-ya YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı məlumat verib.

O bildirib ki, YAP-ın namizədləri ötən 5 ildə partiyanı MSK-da təmsil etmiş şəxslərdir. Bunlar Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucovdur.

M. Qurbanlı namizədlər siyahısının artıq Milli Məclisə (MM) təqdim edildiyini də bildirib.

Xatırladaq ki, MM-də azlıqda qalan partiyalardan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mikayıl Rəhimlinin, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Almas Qəhrəmanlının, Ümid Partiyası Akif Qurbanovun, Demokratik İslahatlar Partiyası (DİP) Tamam Cəfərlinin, Böyük Quruluş Partiyası (BQP) Bəxşeyiş Əsgərovun, Ana Vətən Partiyası Etibar Quliyevin, Ədalət Partiyası isə Elxan Şükürlünün namizədliyini irəli sürüb.

Heç bir siyasi partiya mənsubiyyəti olmayan olmayan deputatların MSK-ya namizədləri isə bunlardır: Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bunlardan – Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

18 nəfərlik MSK-nın yenidən formalaşdırılması məsələsinə MM-in növbəti iclaslarından birində baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR