Bank Of Baku

Aydın Mirzəzadə: “Həmsədrlərin bəyanatı quru informasiyadan başqa bir şey deyil”

Aydın Mirzəzadə: “Həmsədrlərin bəyanatı quru informasiyadan başqa bir şey deyil”
# 15 fevral 2011 09:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Həmsədrlərin bölgəyə növbəti səfərlərindən sonra verdikləri bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”. APA-nın məlumatına görə, bu sözləri YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

A. Mirzəzadə bildirib ki, bəyanatda bundan sonra da danışıqların davam etdiriləcəyi bildirilir və tərəflərə sülh tövsiyə olunur: “Belə bəyanatlar Azərbaycan cəmiyyətini qane etmir. Azərbaycan həmsədrlərdən daha obyektiv, fəal olmağı və öz təsir imkanlarından istifadə edib münaqişənin tezliklə həllinə yardımçı olmalarını istəyir”.

Həmsədr dövlətlərin üçünün də Ermənistana müxtəlif yardımlar etdiyini xatırladan A. Mirzəzadə bu sırada maliyyə və hərbi yardımların da üstünlük təşkil etdiyini vurğulayıb: “Əgər bu yardımlar kəsilərsə və dünyaya çağırışlar edilərsə, Ermənistanın torpaqlarımızı işğaldan azad etməsində heç bir problem qalmaz. Azərbaycan cəmiyyəti həmsədrlərdən fəallıq, obyektivlik və nəticə gözləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR