Bank Of Baku

Azərbaycan prezidenti Litvanın milli bayramı münasibəti ilə bu ölkənin prezidentini təbrik edib

Azərbaycan prezidenti Litvanın milli bayramı münasibəti ilə bu ölkənin prezidentini təbrik edib
# 15 fevral 2011 16:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Litva dövlətinin bərpası günü münasibətilə bu ölkənin prezidenti xanım Dalya Qribauskayteni təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: “Milli bayramınız – Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR