Bank Of Baku

Müsavatın məktubu Bakı Şəhər İcra Hakimiyyətinə daxil olub

Müsavatın məktubu Bakı Şəhər İcra Hakimiyyətinə daxil olub
# 16 fevral 2011 12:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyasının 100 illik yubileyi münasibətilə tədbir keçirilməsi üçün yer ayrılmasından ötrü göndərdiyi məktub Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) daxil olub.

Bu barədə APA-ya açıqlamasında BŞİH-in siyasi partiyalar və ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Zaur Ramazanov bildirib. O deyib ki, məktuba baxılacaq və müvafiq cavab veriləcək.

Qeyd edək ki, Müsavat Partiyası 100 illik yubileyi çərçivəsində Bakının Nizami rayonunda yerləşən “Təbriz” kinoteatrında tədbir keçirməklə bağlı BŞİH-ə müraciət etdiyini açıqlayıb.

Partiya yubiley tədbirini fevralın 19-da keçirmək niyyətindədir.

Müsavat Partiyasının əsası Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Bakıda 1911-ci ildə qoyulub. Bu il partiyanın 100 yaşı tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR