Bank Of Baku

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi ilə bağlı qanuna əlavə və dəyişikliklər təklif edilib

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi ilə bağlı qanuna əlavə və dəyişikliklər təklif edilib
# 16 fevral 2011 12:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişiklər layihəsi müzakirə olunub. Layihəyə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

Müzakirələrdən sonra komitə layihəni parlamentin plenar iclasına tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR