Arif Hacılı: “Yeni birlik axtarışına ehtiyac yoxdur”
Müxalifətin birliyi istiqamətində müxtəlif ideya və təkliflərin yenidən gündəmə gəldiyini deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, siyasi qüvvələrin indiki situasiyada bir araya gəlməsi aktualdır: “Güman ki, görüşlər davam edəcək. Bütün müxalifətin bir yerdə olmasına heç bir alternativ yoxdur. Sadəcə, fikir ayrılığı ondadır ki, bütün qüvvələr İctimai Palatada toplansın, Qarabağ və Respublika Uğrunda Hərəkat bərpa olunsun və ya üçüncü qurummu yaradılsın? Bu gün müxalifətin birliyi ilə bağlı formatı vacib hesab etmirəm. Lazımsız mübahisələri kənara qoyub, daha çox mahiyyət üzrə işləməliyik. Yəni, brend, və ya bayraq uğrunda vuruşsaq, əhəmiyyəti olmayacaq”.
Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan 6 partiya arasında keçirilən görüşdəki razılaşmalar barədə danışmaq istəməsə də, müxalifətin ortaq məxrəcə gəlməsini zəruri hesab edir: “Liberal Partiyanın konkret təklifləri var. Əgər partiyalar dinləməyə hazırdırsa, bu təklifləri təqdim edə bilərəm. Hamı simasını saxlasın, ümumi iş naminə işləyək”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə məsələyə optimist yanaşıb: “Partiyalar arasında uzlaşma sahəsində iş gedir. Nədənsə hərəkatın bərpası ilə bağlı səhv təqdimat və təbliğat işi davam etdirilir. Hərəkatın bərpası İctimai Palatanın əleyhinə yönəlməyib. Şəxsi məsələləri kənara qoymaqla, milli marağı öndə tutub, uzlaşmaq mümkündür”. Ə. Əliyev müxalifət düşərgəsində təmsil olunan AXCP, ADP, ALP, VİP, Müsavat və Ümid partiyalarının yenidən bir qurumda - Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunması istiqamətində gedən proseslə bağlı fikir söyləməyə tələsməyin məqsədəuyğun hesab olunmadığını da söyləyib.
Hərəkatın həmtəsisçiləri olmuş AXCP və Müsavat Partiyasından isə müxalifətin birliyi təklifinə dair yanaşma fərqlidir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya deyib ki, indiki halda müxalifətin birliyi üçün uğurlu model İctimai Palatanın genişləndirilməsi və palata daxilində əlaqələrin dərinləşdirilməsidir. İctimai Palatanın məşvərətçi qurum kimi fəaliyyətini davam etdirməsi də gündəmdə deyil.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə ümumiyyətlə hərəkatın təsisçiləri olmuş partiya rəhbərlərinin görüşü, orada aparılan müzakirələr və bu istiqamətindəki proses barədə məlumatsız olduğunu diqqətə çatdırıb: “Bu barədə mətbuatda oxumuşam. Azərbaycanda az-çox siyasi resursa malik olan siyasi partiyalar, ictimai birliklər, siyasi xadimlər İctimai Palatada birləşib. Ona görə də yeni birlik axtarışına ehtiyac yoxdur”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO