Bank Of Baku

Sumqayıtda saxlanılan aksiyaçılar sərbəst buraxılıb

Sumqayıtda saxlanılan aksiyaçılar sərbəst buraxılıb
# 16 fevral 2011 17:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün AXCP Gənclər Təşkilatının üzvləri də daxil olmanla 20-dək şəxs Sumqayıt polisi tərəfindən saxlanılıb. Bu barədə APA-ya təşkilatın sədri Əbülfəz Qurbanlı məlumat verib. Belə ki, onlar bu gün AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı barədə Sumqayıt Apelyasiya Məhkəməsində qəbul olunan qərardan narazılıqlarını Azərbaycanın dövlət himnini oxumaqla bildiriblər. Nəticədə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları aksiya iştirakçılarını - AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, təşkilatın bir qrup üzvü, Müsavat və Azərbaycan Demokrat Partiyasının gənclər təşkilatlarının üzvlərini və “Azad Gənclər” Təşkilatının sədri Ülvi Həsənlini saxlayıb. Bölmədə onlara İnzibati Xətalar Məcəlləsinin (İXM) 298-ci maddəsinə əsasən (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə) xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR