Bank Of Baku

Azərbaycanın ədliyyə naziri penitensiar sistemdə korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması ilə bağlı tapşırıqlar verib

Azərbaycanın ədliyyə naziri penitensiar sistemdə korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması ilə bağlı tapşırıqlar verib
# 16 fevral 2011 20:46 (UTC +04:00)
Bununla belə fəaliyyətdə nöqsan və çatışmazlıqlar nəzərə çatdırılıb, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının qətiyyətlə alınması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejimə dönmədən əməl olunması, xidməti yoxlamalarda prinsipiallığın artırılması, ictimai nəzarətin və şəffaflığın gücləndirilməsi üzrə ciddi tapşırıqlar verilib. Həmçinin, tədbirdə məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İclasda Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Mədət Quliyev kollektivə təqdim olunub. M. Quliyev çıxış edərək, göstərilmiş yüksək etimadı doğrultması, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR