Bank Of Baku

Əli Kərimli Almaniya XİN-in müvəkkili ilə görüşüb

Əli Kərimli Almaniya XİN-in müvəkkili ilə görüşüb
# 17 fevral 2011 10:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AXCP sədri Əli Kərimli Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvell və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Flor ilə görüşüb. Bu barədə APA-ya AXCP-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkisi, seçkidən sonra ölkədəki vəziyyət, o cümlədən Azərbaycanda insan haqları, demokratikləşmə, Azərbaycanın Almaniya və Avropa ölkələri ilə münasibətləri müzakirə olunub. Azərbaycanın demokratikləşməsində Avropa Şurası, Avropa Birliyi və başqa Avropa strukturlarının rolu ətrafında xüsusi müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR