Bank Of Baku

Azay Quliyev: “Çox böyük ehtimalla məcburi audit QHT-lərə şamil olunmayacaq”

Azay Quliyev: “Çox böyük ehtimalla məcburi audit QHT-lərə şamil olunmayacaq”
# 17 fevral 2011 14:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Çox böyük ehtimalla məcburi audit qeyri-hökumət təşkilatlarına (QHT) şamil olunmayacaq”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyev QHT rəhbərləri qarşısında çıxış edərkən deyib. O bildirib ki, məcburi auditin QHT-lərə tətbiq olunması ilə bağlı məsələ ortaya çıxandan QHT-lərə Dəstək Şurası ortaya prinsipial mövqe qoyaraq bunun əleyhinə olub. A. Quliyev bu məsələ ilə bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisə müraciət etdiyini də bildirib: “Rəsmi qərar olmadan dəqiq bir şey demək olmaz. Bunu deyə bilərəm ki, böyük ehtimalla Nazirlər Kabinetinin müvafiq qərarında QHT-lər təsərrüfat subyekti kimi göstərilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR