Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib
# 17 fevral 2011 16:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AMİP-in müvəqqəti qərargahında İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. Bu barədə APA-ya AMİP-in mətbuat və informasiya xidmətindən məlumat verilib. Aqil Səmədbəylinin sədrliyi ilə keçirilən iclasda ölkədəki sosial-iqtisadi və ictimai-siyasi durum, qərarların icra vəziyyəti, 2-ci sessiyaya hazırlıq və təşkilatı məsələlər müzakirə edilib.

Koordinasiya Şurası Dağlıq Qarabağla bağlı bəyanatın və kütləvi aksiyaların təşkilinə dair məsələnin fevralın 26-da keçiriləcək növbəti sessiyanın müzakirəsinə çıxarılmasını qərara alıb.

Toplantıda qərarların icrası qənaətbəxş qiymətləndirilib və İctimai Palatanın Regional Təşkilat Komitəsinin yaradılması məqsədəuyğun sayılıb.

Koordinasiya Şurası AMİP sədri Yusif Bağırzadənin 50 illik yubileyini də təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR