Bank Of Baku

Əhməd Oruc: “Qarabağ və Respublika Uğrunda Hərəkat mahiyyətinə uyğun olmayan bir qurum olub və qrant alınması məqsədilə təsis edilib”

Əhməd Oruc: “Qarabağ və Respublika Uğrunda Hərəkat mahiyyətinə uyğun olmayan bir qurum olub və qrant alınması məqsədilə təsis edilib”
# 18 fevral 2011 11:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Keçmişdə fəaliyyət göstərən qurumun bərpası cəhdləri müxalifətdə olan partiyaların deqradasiyadan xəbər verir”. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya açıqlamasında bildirib ki, Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası müxalifətin güclənməsinə gətirib çıxara bilməyəcək: “İntellekti olan və proseslərə yaradıcı yanaşan siyasətçilər yeniliyin tərəfdarı olmalıdırlar. O zaman bizi də Qarabağ və Respublika Uğrunda Hərəkata dəvət etmişdilər. Lakin Demokratiya Uğrunda İttifaq bu dəvətdən imtina etdi. Çünki ora toplaşan partiyalar vahid mövqedə deyillər. Həmin partiyaların nə Qarabağa, nə də Respublikaya aidiyyatı yoxdur. Məsələn, Qarabağ problemi ilə bağlı həmin partiyaların heç konsepsiyası yoxdur. Hətta indiki hakimiyyət Qarabağ məsələsi ilə bağlı daha sərt danışa bilir, nəinki həmin partiyalar”. Onun sözlərinə görə, vaxtilə həmin hərəkat mahiyyətinə uyğun olmayan bir qurum olub və qrant alınması məqsədilə təsis olunub: “Məni belə danışdığım üçün qərəzli adlandırırlar. Qətiyyən belə deyil. Azərbaycan xalqının 1992-ci 1993-cü illərdəli milli hökumət qurmaq əzmini bunlar qırıblar. Ondan sonrakı mərhələlərdə isə demokratik qüvvələrin hakimiyyəti dəyişməsi üçün atdıqları uğurlu addımlarla alver ediblər. 20 ildir eyni adamlar həmin cür alverlə məşğuldurlar. Bunlara “daha bəsdir” sözünü demək lazımdır”.

Hərəkatın bərpasının təşəbbüskarlarından olan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, hər bir adamın öz fikir və ideyalarını açıq şəkildə deməyə hüququ var: “Onun fikirlərinə hörmət etmək lazımdır. Hesab edirəm ki, bu da onun fərqli fikridir”. Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan isə deyib ki, bu cür açıqlamalara cavab verməyi məqsədəuyğun saymır və lüzum görmür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR