Bank Of Baku

Müsavat Partiyası “Təbriz” kinoteatrı ilə müqavilə imzalayıb

Müsavat Partiyası “Təbriz” kinoteatrı ilə müqavilə imzalayıb
# 18 fevral 2011 15:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası “Təbriz” kinoteatrının rəhbərliyi ilə müqavilə imzalayıb. Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu məlumat verib. O bildirib ki, müqavilənin şərtlərinə əsasən partiya kinoteatrın binasında 2 saat müddətində tədbir keçirəcək: “Bunun müqabilində kinoteatrın hesabına 200 manat köçürdük”.

Müsavat Partiyasının 100 illiyinə həsr olunan tədbir fevralın 19-da saat 15.00-dan 17.00-dək davam edəcək. Tədbirdə Müsavat Partiyasının rəhbərliyi ilə yanaşı, digər partiyaların nümayəndələrinin, ziyalılar və alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR