Bank Of Baku

Professor Adil Qeybulla: “Müsavat Partiyası ilə bağlı çəkilmiş filmdə saxtakarlığa yol verilib”

Professor Adil Qeybulla: “Müsavat Partiyası ilə bağlı çəkilmiş filmdə saxtakarlığa yol verilib”
# 21 fevral 2011 12:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Mənim bütün şüurlu həyatım Müsavat Partiyasının çağdaş dövrünə, onun bərpasına, qurulmasına həsr olunub. Mən bu yolda hər cür məhrumiyyətlərlə üzləşmişəm, hətta həbsdə də yatmışam. Axı necə ola bilər ki, Müsavatın tarixi öyrəniləndə, konkret halda film çəkiləndə mənim adım orada olmasın? Bu, faktı inkar etmək deməkdir. Faktı inkar etmək isə saxtakarlıqdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü Adil Qeybulla deyib.

O, Müsavat Partiyasının 100 illiyi ilə bağlı tədbirdə nümayiş etdirilən partiyanın tarixinə həsr olunmuş filmlə bağlı narazılığını ifadə edib. A. Qeybulla bildirib ki, 2006 və ya 2008-ci ildə Müsavat Partiyasına gələn adamlar filmdə az qala qəhrəman kimi göstəriliblər, ancaq partiyanı quran şəxslərin bir qisminin, ümumiyyətlə, adları yoxdur: “Hər halda, Müsavat Partiyasına xeyli adam gəlib, onların arasında səhhəti ilə bağlı, yaxud başqa səbəblərdən partiyanı tərk edənlər olub. Onların adlarını orada qeyd etmək olardı. Bu cür ədalətsiz yanaşma göstərir ki, bəzi adamlar doğrudan da siyasətdə ədalət tərəzisindən yox, şəxsi hisslərindən çıxış edirlər. Bu isə xırda işlərdə əhəmiyyət daşımasa da, böyük işlərdə fəsadlara gətirib çıxara bilər”.

Qeyd edək ki, professor Adil Qeybulla 1992-ci ildə Müsavat Partiyasının təkrar qurulmasında iştirak edib, 2011-ci ilin əvvəlində digər professor Qabil Hüseynli ilə birlikdə partiyadan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR