Bank Of Baku

Rauf Zeyni: “Prezidentin məmurların vətəndaşlarla ünsiyyətdə etik qaydalara riayət olunması ilə bağlı tapşırığı Milli QHT Forumu tərəfindən də təqdir olunur”

Rauf Zeyni: “Prezidentin məmurların vətəndaşlarla ünsiyyətdə etik qaydalara riayət olunması ilə bağlı tapşırığı Milli QHT Forumu tərəfindən də təqdir olunur”
# 21 fevral 2011 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Prezident İlham Əliyevin dövlət strukturlarında məmurların vətəndaşlarla ünsiyyətdə etik qaydalara riayət olunması ilə bağlı tapşırığı və bundan irəli gələrək atılan qanuni tədbirlər Milli QHT Forumu tərəfindən də təqdir olunur”. Bu açıqlamanı APA-ya Milli QHT Forumunun sədri Rauf Zeyni verib. O bildirib ki, məmurlarla bağlı bu mütərəqqi islahatların aparılması, bir çox şəxslərin işdən azad edilməsi ictimaiyyət tərəfindən müsbət qarşılanıb: “Milli QHT Forumu bununla bağlı prezident İlham Əliyevə müraciət göndərib. Ümumiyyətlə, biz prezidentin tapşırığı ilə ölkədə aparılan bu islahatları şəffaflığın və vətəndaş cəmiyyətin inkişaf etdirilməsi məqsədilə atılan addım kimi dəyərləndiririk”.

Məmurların bundan sonra vətəndaşlara qarşı daha diqqətli və qayğı olacağına ümid etdiyini söyləyən R. Zeyni prosesinin monitorinqinin aparılması təklifi ilə də çıxış edib: “Düşünürəm ki, prezidentin atdığı bu addımlar dövlət idarəçiliyində yalnız keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq və bu dəyişiklik mütərəqqi idarəetməni təmin edəcək. Prosesləri izləyirik və bunları Azərbaycanın idarəçilik sistemində yüksək keyfiyyət yaradacağına əminliyimi bildirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR