Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 21 fevral 2011 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

APA-nın məlumatına görə, toplantıda əsasən İslam dünyasında - Bəhreyndə, İranda, Yəməndə və Liviyada son vaxtlar baş verən hadisələr müzakirə olunub.

BAXCP İdarə Heyəti öz xalqına qənim kəsilmiş diktatorların etiraz aksiyalarını vəhşicəsinə dağıtmasını, dinc insanların qətlə yetirilməsini qətiyyətlə pisləyib. İdarə Heyətinin üzvləri Azərbaycandakı siyasi qüvvələri bu qətliamları pisləməyə və aksiya iştirakçılarına mənəvi dəstək verməyə çağırıb.

BAXCP İdarə Heyətinin müzakirəyə çıxardığı digər məsələ isə Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı olub. Hadisə nəticəsində Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyini bildirən İdarə Heyəti ölənlərin ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib: “BAXCP hesab edir ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. BAXCP Ali Baş Komandan İlham Əliyevi Silahlı Qüvvələrdə nizam-intizam yaradılması üçün qəti addımlar atmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR