Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 21 fevral 2011 14:47 (UTC +04:00)
Bakı-APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Yığıncağın əvvəlində Müsavat Partiyasının 100 illiyi ilə bağlı fevralın 19-da “Təbriz” kinoteatrında keçirilmiş tədbir haqqında fikir mübadiləsi aparılıb. Tədbirin ölkənin ictimai-siyasi həyatında ciddi bir hadisə olduğu və yüksək səviyyədə keçdiyi qeyd edilib. Divan üzvlərinə İctimai Palatanın növbəti sessiyasına hazırlıqla bağlı məlumat verilib. Qeyd edilib ki, İctimai Palata üzvləri Xocalı soyqırımı abidəsini fevralın 26-da saat 12:00-da ziyarət edəcək. Həmin gün saat 14:00-da isə İctimai Palatanın II sessiyası Müsavat Partiyasının mərkəzi qərargahında öz işinə başlayacaq. Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR