Bank Of Baku

Milli Məclis üzvləri hərbi hissələrdən birində 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibət bildiriblər

Milli Məclis üzvləri hərbi hissələrdən birində 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibət bildiriblər
# 22 fevral 2011 09:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Milli Məclisin növbəti iclası keçirilir. APA-nın məlumatına görə, spiker Oqtay Əsədovun sədrlik etdiyi iclasda deputatlar fevralın 20-də hərbi hissələrdən birində baş vermiş və 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibətlərini açıqlayıblar.

Deputat Fazil Mustafa deyib ki, əsgərlərin həlak olması ilə bağlı insidentdə günahı olanlar cəzalandırılmalıdır: “Cəzasızlıq mühiti davam etdikcə bu hadisələr yenə təkrarlanacaq. Ona görə də ciddi tədbirlərin görülməsi vacibdir”.

Deputat Zahid Oruc da bu mövzu ilə bağlı tənqidi çıxış edib. O deyib ki, son 6 ildə Azərbaycan Silahlı Qüvvələri 500 nəfər itki verib: “Onlardan 300 nəfəri qeyri-döyüş şəraitində həlak olub”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, ordu Azərbaycan prezidenti qarşısında cavabdehdir və istintaq qrupunun araşdırılması sona çatandan sonra rəsmi məlumat veriləcək. O, Zahid Orucun dediyi rəqəmlərin qeyri-rəsmi olduğunu və bununla razılaşmadığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR