Bank Of Baku

Asim Mollazadə V Avropa-Ukrayna Forumunda iştirak edir

Asim Mollazadə V Avropa-Ukrayna Forumunda iştirak edir
# 22 fevral 2011 13:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə V Avropa-Ukrayna Forumunda iştirak etmək üçün Kiyevə səfərə gedib.

DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 23-25 tarixlərində keçiriləcək forumda millət vəkili Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Avroatlantik inteqrasiya perspektivləri, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” layihəsində iştirakı, həmçinin regiondakı proseslərlə bağlı çıxış edəcək. Forumda “Avropanın enerji təhlükəsizliyi: qarşılıqlı asılılıq, layihələr-problemlər”, Avroatlantik inteqrasiya, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” müzakirə olunacaq. “Vətəndaş cəmiyyəti və demokratik hüquqi dövlət: Vahid Avropanın təməl daşı” mövzusunda diskussiyalar keçiriləcək.

Qeyd edək ki, Polşanın “Şərqi Avropa Araşdırmaları İnstitutu” Fondu və Ukraynanın “Vahid Dünya” Fondunun təşkilatçılığı ilə reallaşan forum Ukraynanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Tədbirdə ABŞ, Avropa Birliyi, Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Çinin parlament nümayəndələri, xarici işlər və iqtisadiyyat nazirləri, beynəlxalq təşkilatların və iri şirkətlərin təmsilçiləri, ekspertlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR