Bank Of Baku

Əli Əhmədov: “Xocalı faciəsini törədənlər beynəlxalq təşkilatlar tərəfindən nəinki cinayətə cəlb olunmayıb, hətta onların bir çoxu siyasətlə məşğul olur”

Əli Əhmədov: “Xocalı faciəsini törədənlər beynəlxalq təşkilatlar tərəfindən nəinki cinayətə cəlb olunmayıb, hətta onların bir çoxu siyasətlə məşğul olur”
# 23 fevral 2011 10:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Xocalı faciəsini törədənlər beynəlxalq təşkilatlar tərəfindən nəinki cinayətə cəlb olunmayıb, hətta onların bir çoxu siyasətlə məşğul olur”.

APA-nın məlumatına görə, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, məqsədimiz Xocalı faciəsinə beynəlxalq aləmdə düzgün hüquqi qiymətin verilməsinə nail olmaqdır: “Belə hesab edirəm ki, bütün vətəndaşlarımız, xüsusən də gənclərimiz faciənin tanıdılması üçün daha çox çalışmalıdırlar. Biz dəfələrlə ikili standartlardan şikayətlərimizi edirik. Bu gün də mövqeyimizdə qalırıq. Ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində ikili standartlardan istifadə olunur. Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi qiymət verməsi prosesində də bunu açıq görürük. Təbiidir ki, buna etirazımızı bildiririk”.

Azərbaycan dövlətinin Xocalı faciəsinin tanıdılması istiqamətində davamlı işlər apardığını da qeyd edən Ə. Əhmədov görüləsi işlərin daha çox olduğunu bildirib: “Cinayətkarların beynəlxalq məhkəməyə verilməsinə gəlincə, Azərbaycan hökumətinin mövqeyi odur ki, faciəni törədənlər beynəlxalq təşkilatların təzyiqləri ilə qanun qarşısında cavab verməlidirlər. Təəssüf ki, bu günə qədər buna nail olunmayıb”.

“Xocalı faciəsi haqqında” qanunun qəbul olunmasına gəlincə, Ə. Əhmədov deyib ki, ölkə daxilində istər qanunvericilik, istərsə də digər məsələlərə dair zəruri işlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR