Bank Of Baku

YAP Gənclər Təşkilatı “Xocalıya ədalət” adlı tədbir keçirib

YAP Gənclər Təşkilatı “Xocalıya ədalət” adlı tədbir keçirib
# 23 fevral 2011 10:52 (UTC +04:00)
APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov faciənin təfərrüatları haqda danışıb və deyib ki, soyqırımın törədilməsində SSRİ Silahlı Qüvvələrinə məxsus 366-cı motoatıcı alayın xüsusi fəaliyyəti olub.

YAP sədrinin müavini Əli Əhmədov isə çıxışında törədilən qətliamın hərbi cinayət olmadığını, insanlığa qarşı yönəldiyini vurğulayıb: “İndiyə qədər beynəlxalq təşkilatlar qətliama ədalətli qiymət verilməsi üçün səy göstərməyiblər. Təəssüf ki, bu cinayəti törədənlər öz əməlləri ilə fəxr edirlər və Ermənistanın rəhbər vəzifələrində çalışırlar”. Ə. Əhmədov bildirib ki, dünya bu kimi cinayətlərə biganə qalmaqla, yeni cinayətlərin törədilməsinə rəvac verir.

Ə. Əhmədov Azərbaycan gənclərini bu məsələdə fəal olmağa da çağırıb: “Azərbaycan gəncləri bu biganəliyi sındırmalıdır. Gənclər iştirak etdikləri bütün tədbirlərdə faciə haqda məlumatları beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı, aksiyalar keçirməli və daima mübarizə aparmalıdırlar”.

Sonra mərasim faciə ilə bağlı çıxışlarla davam etdirilib. Tədbirdə “Xocalıda soyqırımı unutma” adlı qısametrajlı film də nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR