Bank Of Baku

Milli Məclisdə “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə” sənəd müzakirə olunub

Milli Məclisdə “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə” sənəd müzakirə olunub
# 23 fevral 2011 11:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, Milli Məclisin sədr müavini, komitənin sədri Valeh Ələsgərov bildirib ki, 2010-cu il payız sessiyası ərzində komitənin üç iclası keçirilib və dörd məsələyə baxılıb.
Gündəlikdəki ikinci məsələ - “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə” sənədlə iclas iştirakçılarını tanış edən V. Ələsgərov Bəyannamənin Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üçün əhəmiyyətli olduğunu deyib. O, Cənub enerji dəhlizinin bünövrəsinin Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin istismara buraxılması ilə qoyulduğunu bildirərək qaz dəhlizinin yaradılmasının bu istiqamətdə atılan daha bir uğurlu addım olacağını söyləyib. Bəyannamənin 4-cü və 5-ci bəndlərinin əhəmiyyətinə diqqət çəkən V. Ələsgərovun sözlərinə görə, bundan öncə alıcı ilə birbaşa əlaqələrin qurulmasında mövcud olan məhdudiyyətlər aradan qaldırılaraq istehlakçıya birbaşa çatdırılması təmin ediləcək: “Artıq Xəzər regionunda istehsal olunan qazın birbaşa Avropa bazarlarına çıxarılmasına təminat verilir”.
Müzakirələr zamanı deputatlar sənədin əhəmiyyətini vurğulayıblar.
Bəyannamə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR