Bank Of Baku

“Qarabağ” blokunun təsis olunması ilə bağlı niyyət protokolu imzalanacaq

“Qarabağ” blokunun təsis olunması ilə bağlı niyyət protokolu imzalanacaq
# 23 fevral 2011 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Qarabağ” blokunun təsis olunması ilə bağlı niyyət protokolu imzalanacaq. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya deyib ki, artıq blokun təsis olunması və fəaliyyəti ilə bağlı zəruri sənədlər hazırlanıb: “Blokun rəsmi şəkildə fəaliyyət göstərməsi ilə bağlı qaranlıq qalan məqam yoxdur. Sabah “Qarabağ” blokunun ilkin razılaşma – niyyət protokolu imzalanacaq. Sonra isə tələb olunan işlər davam etdiriləcək”.

Qeyd edək ki, “Qarabağ” bloku 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində ADP, Ümid və Aydınlar partiyaları tərəfindən seçki bloku kimi təsis olunub. Seçkidən sonra isə ADP və Ümid Partiyası “Qarabağ” blokunu siyasi partiyalar birliyi kimi saxlamaq qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR