Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə keçiriləcək ilk iclasında qurumun sədri, müavini və iki katibi seçiləcək

Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə keçiriləcək ilk iclasında qurumun sədri, müavini və iki katibi seçiləcək
# 23 fevral 2011 16:07 (UTC +04:00)
İclasda qanunvericiliyə əsasən MSK-nın sədri və müavini parlamentdə çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri arasından seçiləcək.

Həmçinin, MSK-ya iki nəfər katib də seçiləcək. Onlardan biri parlamentdə azlıqda təmsil olunan partiya nümayəndələri, bir nəfər isə bitərəf deputatların nümayəndələri arasından seçiləcək.

Xatırladaq ki, fevralın 22-də Milli Məclis tərəfindən MSK üzvlüyünə seçilmiş 18 nəfərlik siyahıda bu şəxslərin adları yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bir siyasi partiya mənsubiyyəti olmayan olmayan deputatların MSK-ya namizədləri. Bunlardan – Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

MSK-nın yeni tərkibdə ilk iclasının fevralın 24-də keçirilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR