Bank Of Baku

VİP və ALP ali orqanlarının birgə iclası keçirilib

VİP və ALP ali orqanlarının birgə iclası keçirilib
# 24 fevral 2011 11:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Mərkəzi Aparatı ilə Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsinin birgə toplantısı keçirilib.
VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda ölkədə yaranmış mövcud ictimai-siyasi vəziyyət, Silahlı Qüvvələrin daxilində baş verən neqativ hallar, ALP və VİP rəhbərliyinin şimal bölgəsinə səfəri, müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi və Azərbaycana yaxın coğrafiyada geniş vüsət alan xalq etirazı dalğası məsələləri ətraflı müzakirə olunub. İclasda partiyalar arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi, birgə atılacaq addımların müəyyənləşdirilməsi və ölkədə ictimai-siyasi fəallığın artırılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini önə çəkiblər. Səslənən təkliflər əsasında ALP ilə VİP rəhbərliyindən ibarət şəxslərdən formalaşdırılacaq heyətin bölgələrə müntəzəm səfərlərinin təşkili və partiyaların yerli strukturları, o cümlədən əhali ilə görüşlərinin keçirilməsi haqda qərar qəbul olunub. Eyni zamanda, ALP və VİP-in rəhbər orqanlarının birgə toplantılarının təşkili praktikasının davam etdirilməsi də məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR