Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurası kütləvi tədbirlərlə əlaqədar hazırlıqlara başlamağa qərar verib

İctimai Palatanın Koordinasiya Şurası kütləvi tədbirlərlə əlaqədar hazırlıqlara başlamağa qərar verib
# 24 fevral 2011 14:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Müsavatın Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Koordinasiya Şurası Liviyada hakimiyyətin xalqa qarşı zorakılığını pisləyən bəyanat qəbul edib. Toplantıda hərbi hissələrdən birində 7 əsgərin qətlə yetirilməsi ilə bağlı müzakirələr aparılıb. İctimai Palatanın üzvləri Azərbaycanda kütləvi aksiyaların keçirilməsinin zəruriliyi vurğulayıb və bu istiqamətdə hazırlıqlara başlamağa qərar veriblər.

İclasda İctimai Palatanın 2-ci sessiyasının gündəliyinə dair təkliflər irəli sürülüb. Sessiyada Koordinasiya Şurasına yeni üzvlərin qəbulu, komissiyaların yaradılması və digər məsələlər nəzərdə tutulur. Toplantıda bildirilib ki, İctimai Palataya üzv olmaq üçün 33 nəfər müraciət edib. Onların arasında tanınmış ziyalılar, QHT rəhbərləri, yazıçılar, jurnalistlər, istefada olan yüksək rütbəli hərbçilər də var. Sessiyanın toplantısında bu müraciətlərə baxılacaq.

İctimai Palatanın 2-ci sessiyası fevralın 26-da saat 14:00-da Müsavat Partiyasının qərargahında keçiriləcək. Bundan öncə, İctimai Palatanın üzvləri Xocalı şəhidlərini xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR