Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 24 fevral 2011 17:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə sərəncam imzalayıb. Sərəncama görə, 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR