Bank Of Baku

Səməd Seyidov: “AŞPA Daimi Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunmayacaq”

Səməd Seyidov: “AŞPA Daimi Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə olunmayacaq”
# 25 fevral 2011 10:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Martın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilmir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib. O bildirib ki, AŞPA həmməruzəçiləri bu yaxınlarda Azərbaycanda səfərdə olublar və onların səfərinin əsas məqsədi Azərbaycanla bağlı məlumatları toplayıb Avropa Şurasının Monitorinq Komitəsinə çatdırmaqdır: “Monitorinq Komitəsi müntəzəm olaraq məruzəçilərin Azərbaycan haqqında məlumatlarını dinləyəcək və böyük ehtimalla gələn il Azərbaycanla bağlı məruzənin hazırlanması realdır. Ancaq aprel sessiyasında və yaxud Daimi Komitənin iclasında Azərbaycana dair hər hansı məsələ müzakirə olunmayacaq. Bu, o demək deyil ki, biz Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ məsələsini həmin iclasda qaldırmayacağıq. Hər iclasda bu məsələni çox ciddi şəkildə qaldırırıq. Dağlıq Qarabağla bağlı alt komitənin işi bərpa edilib. Biz aprel sessiyasında öz mövqeyimizi alt komitənin rəhbərinə təqdim etmək üçün hazırlıq işlərini görə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR