Bank Of Baku

Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
# 25 fevral 2011 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ADU-nun rektoru Səməd Seyidov bildirib ki, Xocalı faciəsi dünya tarixində görünməmiş faciədir: “Hər bir azərbaycanlının ailəsində, ürəyində Xocalı faciəsi anılır. Çünki belə hadisələri yaddan çıxardıqca onların təkrar olunma ehtimalı artır. Biz tariximizi, Dağlıq Qarabağla bağlı baş verən hadisələri yadda saxlamalı, təbliğ etməli və gənclərə çatdırmalıyıq”.

Rektor bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bunu istəməyən qüvvələr onun adını dünya ölkələri siyahısından çıxarmaq istəyiblər: “Biz bu tarixi yaxşı xatırlayırıq. Azərbaycanlılar Vətəni qorumaq üçün nə qədər cəhdlər göstərsələr də, bir tərəfdə 366-cı alay, digər tərəfdən quduz erməni cinayətkarları və idarəçilikdə səriştəsizlik Xocalı faciəsinin baş verməsinə səbəb olub. 700-dən çox insan bir gecənin içində vəhşicəsinə qətlə yetirildi”.

S. Seyidovun sözlərinə görə, Xocalı faciəsinə ilk hüquqi qiymət Heydər Əliyev tərəfindən verilib: “Məhz onun hakimiyyətə gəlişindən sonra Xocalı faciəsinin ciddi araşdırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər başladı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR