Bank Of Baku

Xocalı faciəsinin qurbanları “Azersun Holding”də yad edilib

Xocalı faciəsinin qurbanları “Azersun Holding”də yad edilib
# 26 fevral 2011 11:48 (UTC +04:00)
Bakı - APA. “Azersun Holding” Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə Dağlıq Qarabağın Azərbaycanlı icması ilə birgə anım tədbiri keçirib.
Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Aeərsun Holding”in Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şuşa Musiqili Dram Teatrının səhnələşdirdiyi “Ruhların Harayı” bədii kompozisiyası təqdim olunub.
Tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, “Azersun Holding”in İdarə Heyətinin sədri Abdolbari Goozal çıxış ediblər. Anım mərasimində Xocalı və Şuşa şəhərinin məcburi qaçqın və köçkün sakinləri, eləcə də ictimaiyyətin fəal nümayəndələri iştirak ediblər.
Bu gün “Azersun Holdin”in İdarə Heyətinin sədri Abdolbari Goozal başda olmaqla şirkətin kollektivi “Ana harayı” abidəsini ziyarət edərək, abidə önünə əklil qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR