Bank Of Baku

İctimai Palatanın iclasında mitinqlərə başlamaqla bağlı fikir ayrılığı yaranıb

İctimai Palatanın iclasında mitinqlərə başlamaqla bağlı fikir ayrılığı yaranıb
# 26 fevral 2011 15:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palatanın (İP) bu gün keçirilən iclasında mitinq keçirilməsi barədə müzakirələr aparılıb.

APA-nın məlumatına görə, İP Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər deyib ki, əgər iclasda qərar qəbul olunarsa, kütləvi aksiyalar keçirilə bilər.

İP-nin üzvü, Müsavat başqanının müavini Arif Hacılı təklif edib ki, hökumətə müraciət olunsun və bir sıra tələblər irəli sürülərək (Seçki Məcəlləsinə dəyişiklik, Milli Məclisin yenidən formalaşdırılması, sərbəst toplaşmaq azadlığı və s.) martın 10-dək vaxt verilsin: “Əgər martın 10-dək tələblər yerinə yetirilməsə, martın 12-də mitinq keçirək”.

İP-nin üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bu təklifin əleyhinə olub. O deyib ki, həvəskarcasına mitinq keçirib xalqın ümidlərini qırmaqdansa, İP-ni daha da gücləndirib aksiya keçirmək daha effektli olar.

İP-nin Koordinasiya Şurasının üzvü, AMİP sədri Yusif Bağırzadə də mitinq keçirməyin tez olduğunu bildirib.

Uzun sürən müzakirələrdən sonra İP mitinq keçirmək haqqında qərar qəbul edib. Aksiyanın yerini və vaxtını isə İP KŞ müəyyənləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR