Bank Of Baku

ALP və VİP rəhbərləri Mirmahmud Mirəlioğlu ilə görüşüb

ALP və VİP rəhbərləri Mirmahmud Mirəlioğlu ilə görüşüb
# 28 fevral 2011 14:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə görüş keçirib. VİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş VİP və ALP-nin fevralın 26-da yayılan və müxalifət qüvvələrinin bir araya gəlməsinin vacibliyini əks etdirən birgə müraciətinin dəyərləndirilməsi məqsədilə təşkil olunub.

Üç partiya liderinin apardığı müzakirələrdə ölkədəki ictimai-siyasi vəziyyət, yaxın coğrafiyada cərəyan edən proseslər və müxalifət qüvvələrinin bir araya gəlmək imkanları diqqət mərkəzində olub.

ALP ilə VİP-in məlum təşəbbüsünü müsbət qiymətləndirən M. Mirəlioğlu ölkənin demokratikləşdirilməsi istiqamətində müxalifətin birgə fəaliyyətinin təşkilinə ciddi ehtiyac olduğunu vurğulayıb. KXCP sədri müxalifət qüvvələrinin əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyünə dair qənaətlərini bölüşüb.

Ə. Əliyev və Ə. Temirxanın qarşıdakı günlərdə digər müxalifət partiyalarının rəhbərləri ilə də analoji görüşlərinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR