AXCP sədrinin müavini Müsavat Partiyasının ünvanına sərt ittihamlar səsləndirib
T. Yaqublu Müsavat Partiyasının mitinq qərarını İctimai Palatadan kənarda verməsini isə belə əsaslandırıb: “Biz İctimai Palata ilə sıx əməkdaşlıq edirik, mitinq məsələsi Palatanın sonuncu sessiyasında da müzakirə olunub, yekdil qərara gəlinib. Biz İctimai Palatada təmsil olunuruqsa, Müsavat Partiyası olaraq orada qəbul olunan qərarları qəbul etməyə məsuluq. Sadəcə olaraq Müsavat Partiyasının özünün də konkret hədəfləri və görəcəyi işləri var. Gələcəkdə İctimai Palata bizim qərarı dəstəkləsə, lap yaxşı olar. Yəni bunlar bir-birinə mane olan məsələlər deyil”.
İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Razi Nurullayev isə APA-ya açıqlamasında deyib ki, mitinq keçirilməsi məsələsi İctimai Palatanın sonuncu sessiyasında müzakirə olunub və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının martın 12-də kütləvi aksiya keçirilməsi ilə bağlı təklifi qəbul edilməyib: “Düzdür, mitinq qərarı Müsavat Partiyasının daxili qərarıdır, biz buna bir şey deyə bilmərik. Ancaq Arif Hacılının məlum təklifi İctimai Palatanın iclasında çox cüzi səs topladığı halda Müsavat Partiyasının mitinq qərarı İctimai Palatada müəyyən gərginlik yarada, eyni zamanda, cəmiyyətdə İctimai Palataya inamsızlıq yarada bilər. Belə çıxır ki, mitinq məsələsinə görə İctimai Palatada gərginlik yaranacaqsa, bunun məsuliyyəti Müsavat Partiyasının üzərinə düşəcək. Müsavat Partiyasının təkbaşına mitinq keçirmək istəməsi həm də AXCP-nin hələ 7 noyabr parlament seçkilərindən əvvəl seçdiyi bir taktikadır. Müsavatın indi belə bir qərar verməsini sözün düzü başa düşə bilmirəm və hesab etmirəm ki, Müsavatın bu qərarı ümumi müxalifətçiliyin və demokratik qüvvələrin xeyrinədir. Çünki əgər partiya təkbaşına və az qüvvə ilə mitinqə çıxarsa, yenidən aksiyaçıların tutulması, onların əzilməsi, insanlarda ruhun öldürülməsinin məsuliyyəti birbaşa Müsavat Partiyasının üzərində qala bilər. Biz istəyirik ki, küçələrə çıxan zaman sərbəst toplaşmaq azadlığımızı da təmin edə bilək. Əgər biz bunu etmədən 50-100 nəfərlə çıxırıqsa, polis bizi dağıdırsa, yenidən insanların Yaxın Şərqdə baş verənlər fonunda artan ruhu sındırılırsa, bunun birbaşa məsuliyyəti Müsavat partiyasının üzərində qalacaq”.
R. Nurullayevin sözlərinə görə, böyük ehtimalla AXCP Müsavat Partiyasının martın 12-nə təyin etdiyi mitinqə qoşulmayacaq: “AXCP İctimai Palatanın təyin edəcəyi mitinqdə iştirak edəcək. Əks halda bu, etikadan kənar olardı. Hazırda İctimai Palata bütün müxalifət adından müəyyən məsələləri koordinasiya edir. Müsavatın təkbaşına mitinqlə bağlı qərar qəbul etməsi palatada təmsil olunan digər partiyalara və ictimai təşkilatlara, həmçinin fərdlərə hörmətsizlikdir”.
İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü, AMİP sədri Yusif Bağırzadə isə Müsavat Partiyasının mitinq qərarına hörmətlə yanaşdığını, lakin İP-nin sonuncu iclasında dediyi fikirlərin üstündə qaldığını bildirib: “Mən İctimai Palatanın iclasında da dedim ki, mitinq keçirilməsi tezdir”.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Müsavat Partiyasının mitinq keçirilməsi qərarı ilə tanış olmadığını bildirib. Bununla yanaşı, o əlavə edib ki, hər bir partiyanın kütləvi aksiya keçirmək səlahiyyəti var: “Bu, hansısa şəkildə məhdudlaşdırılmır”.
Qeyd edək ki, bu gün Müsavat Divanı martın 12-də ümumrespublika mitinqinin keçirilməsinin məqsədəuyğun olması barədə qərar qəbul edib. Həmçinin qərara alınıb ki, mitinq keçirilməsinə 5 gün qalanadək, yəni martın 7-dək siyasi tərəfdaşlarla müzakirələr aparılsın.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb