AXCP Rəyasət Heyətinin üzvü: “Pənah Hüseyn KQB agenti, Rauf Arifoğlu isə hakimiyyətin adamıdır”
X. Bahadır İctimai Palatanın (İP) fevralın 26-da keçirilən iclasında Koordinasiya Şurasının tərkibinin genişləndirilməsinə etiraz etməsinin səbəblərini də açıqlayıb: “Mən, ümumiyyətlə, tərkibin genişləndirilməsinə qarşı çıxmışam. İkincisi isə Rauf Arifoğlunun Koordinasiya Şurasında təmsilçiliyinə qarşı olmuşam. Burada gizli nəsə yoxdur, Azərbaycanda siyasi aktivliyi olan adamların hamısı bilir ki, Rauf Arifoğlu hakimiyyətin adamıdır. O, qəzeti ilə birlikdə indiki hakimiyyətə quluq edir. İctimai Palatanın iclasında mənə söz verilsəydi, bunları deyəcəkdim. Çünki mən çarpışmanı açıq aparıram, bir çoxları kimi gizli oyun oynamıram. Ancaq iclasda oyun oynayanlar var idi, ona görə də mənə söz vermədilər. Palatada antidemokratik proses gedir”.
X. Bahadır deyib ki, R. Arifoğlunun İP Koordinasiya Şurasının üzvü olmasında ilk növbədə Pənah Hüseyn maraqlı olub: “Məndən soruşmaq olar ki, Pənah Hüseyni yaxşı tanıyırdımsa, niyə başlanğıcdan buna qarşı çıxış eləmədim? Keçmiş daxili işlər naziri İsgəndər Həmidov mətbuatda da yazmışdı ki, Pənah Hüseyn KQB agentidir, “kliçkası” da Mamedovdur. Mən əvvəldən o səbəbdən çıxış etmədim ki, Pənah Hüseynin Koordinasiya Şurasında bir nəfər olduğunu düşündüm. Ancaq Pənah Hüseyn orada özünə agentura komandası yaratmağa başlayanda, artıq dözmədim. Mən sonadək vuruşacağam. Ya Pənah Hüseynlə Rauf Arifoğlu Koordinasiya Şurasından gedəcək, ya da mən İctimai Palatanı tərk edəcəyəm”.
X. Bahadır Müsavat və AXCP-nin ayrı-ayrılıqda mitinq keçirməsinə də münasibət açıqlayıb: “Ölkənin indiki durumunda öndə gedən iki partiyanın ayrı-ayrılıqda mitinq keçirməsini komediya sayıram. Bu, bir oyundur”.
İP-nin Koordinasiya Şurasının yeni seçilmiş üzvü, “Yeni Müsavat” qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlu isə APA-ya deyib ki, bu məsələyə münasibət bildirmək istəmir: “Və çox ümid edirəm ki, Xalid bəyin bu cür açıqlamalarına AXCP rəhbərliyi özü münasibət bildirəcək”.
İP-nin Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də APA-ya açıqlamasında bu məsələyə münasibət bildirmək istəmədiyini söyləyib: “Bu məsələyə münasibət bildirməyə ehtiyac duymuram. Xaliq Bahadırın kim olduğu, hansı yazılar yazdığı məlumdur, ona görə şərh verməyi belə layiq görmürəm. Mənə elə gəlir ki, onun psixoloji problemləri var. Məhz buna görə məsələyə münasibət bildirmirəm”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb