Bank Of Baku

Əli Əliyev: “AXCP, Müsavat və AMİP rəhbərləri ilə görüşlər keçirəcəyik”

Əli Əliyev: “AXCP, Müsavat və AMİP rəhbərləri ilə görüşlər keçirəcəyik”
# 01 mart 2011 10:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “AXCP, Müsavat və AMİP rəhbərləri ilə görüşlər planlaşdırırıq”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, bu görüş cəmiyyətə təsir gücünə malik siyasi partiyaların bir araya gəlməsi təklifinin reallaşmasına xidmət edir: “Parlament seçkisinə partiya və ya seçki bloku olaraq qatılmış, o cümlədən qanunvericilikdən irəli gələn tələbləri yerinə yetirmək gücündə olan kifayət qədər əhatəli namizədlərlə seçkidə iştirak etmiş, müqavimət göstərmiş və səs toplamış partiyaların masasının formalaşmasını vacib sayırıq. Bu çərçivədə KXCP sədri Mirmahmud Mİrəlioğlu ilə müzakirəmiz olub”.

Ə. Əliyev qeyd edib ki, “Qarabağ” blokuna daxil olan partiyaların seçki dövründə göstərdiyi nəticələr də VİP və Liberal Partiyasının onlarla əməkdaşlığının vacibliyini diktə edir: “Fikrimcə, əməkdaşlıq perspektivləri tükənməyib. Parlament seçkilərində özünü təsdiq etmiş siyasi təşkilatlarla təmaslarımız olacaq. Bu görüşlərin məqsədi dediyimiz formata nail olmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR