Bank Of Baku

Müsavatda başqan müavinlərinin toplantısı keçirilib

Müsavatda başqan müavinlərinin toplantısı keçirilib
# 01 mart 2011 10:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası başqanının iştirakı ilə başqan müavinlərinin toplantısı keçirilib. Bu barədə APA-ya partiya başqanının müavini Tofiq Yaqublu məlumat verib. O bildirib ki, toplantıda Müsavatın martın 12-nə təyin etdiyi mitinq əsas müzakirə mövzusu olub. Müsavat Partiyasının mitinq məsələsini siyasi tərəfdaşları ilə də müzakirə etməsi, həmçinin Bakı Şəhər İcra hakimiyyətinə müraciət edilməsi məsələsinə toxunulub.

T. Yaqublu deyib ki, onlar AXCP-nin hazırda mitinq keçirilməsini münasib saymamasına təbii baxırlar: “Onların bu münasibətinə çox normal baxırıq. Ancaq biz onlarla da məsləhətləşmələr aparacağıq”.

T. Yaqublu onu da bildirib ki, böyük ehtimalla martın 12-nə təyin olunmuş mitinq təxirə salınmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR