Bank Of Baku

QAT erməni əsilli müğənnilər Filipp Kirkorov və İrina Alleqrovanın Bakıya səfərinə etiraz bəyanatı yayıb

QAT erməni əsilli müğənnilər Filipp Kirkorov və İrina Alleqrovanın Bakıya səfərinə etiraz bəyanatı yayıb
# 01 mart 2011 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) rus bəstəkarı və müğənnisi İqor Krutoyun martın 2-də Bakıda keçiriləcək konsertində erməni əsilli Filipp Kirkorov və İrina Alleqrovanın iştirakları ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda adıçəkilən şəxslərin Azərbaycana səfərinə qəti etiraz bildirilib: “Bunların hər ikisi erməni siyasətinə xidmət edən müğənnilərdir. Bolqarıstan ermənisi olan Filipp Kirkorovun atası Bedros Kirkoryan Bolqarıstanda estrada müğənnisi kimi fəaliyyət göstərir və hər il qondarma “erməni soyqırımı” günündə “xatirə konsertləri” verir. O, həmçinin Daşnaksutyun Partiyasının üzvüdür. Filipp Kirkorovun əmisi Kirk Kirkorov ABŞ-da yaşayır, varlı adamdır və hər il Ermənistana külli miqdarda yardım göndərir. Filippin özü Ermənistanda verdiyi konsertlərin birində erməni olduğu ilə fəxr etdiyini bildirib”.

Bəyanatda İrina Alleqrovanın da Azərbaycana səfərinin qəbulolunmaz olduğu vurğulanıb: “Erməni əsilli bu müğənni də həmişə işğalçı Ermənistanı təbliğ edib. Onun atası Aleksandr Sərksiyan bir vaxtlar Bakıda yaşayıb, sonra ailəsi ilə birlikdə Ermənistana, sonra isə Rusiyaya köçüblər. İrina Alleqrova həmişə Ermənistana xüsusi rəğbəti ilə seçilib, “Ermənistan, mən sənə qayıdacam” adlı disk buraxıb, ABŞ-ın Los-Anceles şəhərində 2009-cu ildə keçirilən erməni festivalında iştirak edib və “ən yaxşı erməni müğənnisi” adını alıb”.

Bəyanatda bildirilib ki, QAT heç bir millətə qarşı deyil, lakin işğalçı və terrorçu Ermənistanı dəstəkləyən, təbliğ edən hər hansı şəxsi qəbul edə bilməz: “Filipp Kirkorov və İrina Alleqrova yalnız bir halda Bakıya gələ bilərlər ki, işğalçı Ermənistana münasibətdə səhvə yol verdiklərini bildirsinlər və işğalçı Ermənistanın hərəkətlərini pisləsinlər. Əks halda, onlara xəbərdarlıq edirik. Onların səfərinin Azərbaycandakı təşkilatçılarını və həmin konsertə getmək istəyənləri isə şəhidlərin, hələ də qanı qurumamış, intiqamı alınmamış xocalıların ruhu qarşısında lənətləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR