Bank Of Baku

Xaliq Bahadır AXCP Rəyasət Heyətinin iclaslarını boykot edib

Xaliq Bahadır AXCP Rəyasət Heyətinin iclaslarını boykot edib
# 01 mart 2011 13:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Mən AXCP Rəyasət Heyətinin iclaslarına qatılmıram. Səbəb isə bu il yanvarın 24-də aramızda olan toqquşmadır”. Bunu APA-ya açıqlamasında AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır deyib. O, AXCP-nin Rəyasət Heyətinin iclaslarını boykot etdiyini bildirib: “Boykotu ona görə deyirəm ki, Nurəddin Məmmədli keçən dəfəki kimi çıxıb mətbuata deməsin ki, Xaliq Bahadır küsüb, getmir yığıncaqlara. Mən heç bir yığıncaqdan küsmürəm. Ümumiyyətlə siyasətdə küsmək anlayışı yoxdur, protest, boykot anlayışı var”.

O, yanvarın 24-də AXCP-də kiminlə və niyə toqquşması barədə isə danışmaq istəməyib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında X. Bahadırın hansı toqquşmadan danışdığını bilmədiyini söyləyib: “AXCP-də hansısa toqquşma olmayıb. Onun “toqquşma” deyərkən nəyi nəzərdə tutduğunu da bilmirəm. Təkcə onu deyə bilərəm ki, Xaliq bəy Rəyasət Heyətinin iclaslarına gah qatılır, gah qatılmır”.

Qeyd edək ki, AXCP Rəyasət Heyətinin iclasları həftədə bir dəfə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR