Ötən il Ombudsman Aparatına daxil olan şikayətlərin sayı 2009-cu illə müqayisədə xeyli artıb
Hesabatda qeyd olunub ki, Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 62720 müraciət daxil olub. 2010-cu il ərzində daxil olan şikayətlərin sayı 2009-cu illə müqayisədə 32,5% artıb. Belə ki, 2009-cu ildə Müvəkkilin ünvanına 8 800 müraciət daxil olduğu halda 2010-cu ildə bu rəqəm 11 660 təşkil edib. Qeyd edilən müraciətlərin 84,2%-i şikayətlərdən, 15,7%-i ərizələrdən, 0,1%-i isə təkliflərdən ibarət olub.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən 48,8%-nin baxılmasından imtina edib. Hansı ki, bunlardan 1199 şikayət Müvəkkilə təkrar təqdim edilib. Şikayətlərin 51,2%-i baxılmaq üçün icraata qəbul edilib, bunların da 52,6%-i təmin olunub.
«Şikayətlərdən görünür ki, ərazisində qəzalı vəziyyətə düşmüş yaşayış binaları olan bəzi yerli icra hakimiyyəti orqanları baş verə biləcək təhlükənin qarşısının alınması məqsədilə yuxarı qurumlara, habelə əlaqədar dövlət orqanlarına məsələni ciddi şəkildə təqdim etmək əvəzinə, yalnız məktub göndərməklə kifayətləniblər. Digər tərəfdən, belə məktubların ünvanlandığı qurumlar tərəfindən maliyyə vəsaitinin ayrılmaması və ya gec ayrılmasının hansı nəticələrə səbəb olacağı da bu qurumları narahat etməyib, zərərçəkənlərə yalnız məhkəməyə müraciət etmək tövsiyə olunub», - deyə hesabatda qeyd edilib.
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyət də ötən il müvəkkilin diqqətində olub. Ötən il vicdan azadlığının pozulması ilə bağlı müvəkkilin ünvanına 124 şikayət daxil olub və hər biri araşdırılıb. Müvəkkil Sumqayıt Dövlət Universitetinin hicab örtən tələbələrinin dərslərə buraxılmaması ilə bağlı ünvanına daxil olmuş şikayətlər üzrə araşdırmalar aparıb. Maneələrin aradan qaldırılması ilə bağlı əlaqədar vəzifəli şəxslərə qanunvericiliyə əsaslanmaqla zəruri tövsiyələr verib. Müvəkkilin müdaxiləsindən sonra qeyd edilən problem öz həllini tapıb.
2010-cu ildə müvəkkilin ünvanına yerli icra hakimiyyəti orqanları ilə bağlı 1 014 (10,3%) o cümlədən Sabirabaddan 53, Şəkidən 44, İmişlidən 38, Ağcabədidən 29, Kürdəmirdən 26 şikayət daxil olub.
Ombudsman qeyd edib ki, əhalinin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsində ciddi narahatlıq yaradan məsələlərdən biri də yaşayış evlərinə yaxın yerlərdə yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsidir. Monitorinqlər göstərib ki, iri yaşayış məntəqələrində, xüsusilə də Bakı şəhərində, respublika tabeli şəhərlərdə və rayon mərkəzlərində, habelə magistral yolların üstündə yerləşən qəsəbə və kəndlərdə yaşayış evlərinə və ictimai binalara yaxın məsafələrdə belə yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi həmin ərazilərdə yaşayan insanların həyatı, sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratmaqdadır. Ona görə də müvafiq səlahiyyətli orqanlar tərəfindən mövcud normativlər nəzərə alınmadan belə məntəqələrin açılmasına razılıq verilməsinin qarşısının alınması tövsiyə olunur.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb