Bank Of Baku

Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısı keçirilib

Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısı keçirilib
# 02 mart 2011 11:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) binasının toplantı zalında keçirilən iclasda AİP sədrinin vəzifəsinin icrası partiya sədrinin birinci müavini Hacı Elçin Manafova həvalə olunub. Hacı Arif Qəniyev isə Sumqayıt şəhər təşkilatının sədri postuna təsdiq olunub. Yığıncaqda partiya sədri Hacı Mövsüm Səmədovun, Hacı Vaqif Abdullayevin, qurumun Astara rayon təşkilatının sədri Hacı Ruhulla Axundzadənin və digər iki nəfərin həbsinə siyasi qiymət verilməsi, ərəb ölkələrində baş verən hadisələr, təşkilati və cari məsələlərin müzakirəsi toplantının gündəliyinə salınıb.

İclasda çıxış edən E. Manafov saxlanılan şəxslərin istintaq zamanı müdafiəsinin təşkil olunması üçün lazımı işlərin görüldüyünü söyləyib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli, Qadınlar Şurasının sədri Növrəstə İbrahimova və digər çıxışçılar partiya rəhbərlərinin azadlığa buraxılması istiqamətində qanun çərçivəsində daha aktiv fəaliyyət göstərməyin zəruriliyini bildiriblər.

Sonda Baş Məclis adından partiya rəhbərlərinin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə də müraciət ünvanlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR