Bank Of Baku

Şahvələd Çobanoğlu İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən imtina edib

Şahvələd Çobanoğlu İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən imtina edib
# 03 mart 2011 09:59 (UTC +04:00)
APA-nın məlumatına görə, o, müraciətində İP-nin fevralın 26-da keçirilmiş iclasında Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəylinin onun KŞ üzvlüyünə seçilməsinə qarşı çıxdığını xatırladaraq bunu özlüyündə normal hal adlandırıb: “Amma mən son vaxtlar ardıcıl nümayiş etdirilən münasibətlərdən bilirəm ki, mənə qarşı bu yanaşma Müsavat Partiyasının rəhbərliyindən gəlir. Məgər İctimai Palatada hamı baş redaktordur?! Mənim nəşrinə rəhbərlik etdiyim qəzeti qoruyub saxlaya bilmədiyim nəzərdə tutulursa, mən də vicdanımı unudub deyə bilərəm ki, buna qalsa, İsa Qəmbər də 2003-də prezidentliyi saxlaya bilməyib! Yaxud deyə bilərəm ki, o da qəzet təsisçisi olub, amma indi deyil. Bəs nədən ictimai maraqlar naminə 2003-cü ildə MSK-da seçki protokoluna mübarək imzasını qoyan adamla yanaşı oturanlar, həmin günlərdə “lideriniz və partiyanızı qoruyun” bəyanatı ilə Müsavat Partiyasına keçmək aksiyası keçirən bir adamla yanaşı otura bilmir?”

Ş. Çobanoğlu İP üzvlərinə ona göstərdikləri etimada görə təşəkkür edib və üzr istəyərək Koordinasiya Şurasının üzvlüyünə iddia etmədiyini açıqlayıb.
Müsavat Partiyası Məclisinin və İctimai Palatanın üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli isə APA-ya deyib ki, o, İP-nin fevralın 26-da keçirilən iclasında Müsavat Partiyasının deyil, öz mövqeyini ifadə edib: “Şuranın üzvü Pənah Hüseyn dedi ki, qəzet baş redaktorlarının namizədliyini o irəli sürüb, çünki onlar ölkənin ən tirajlı qəzetinin baş redaktorlarıdır. Mən də ona sual verdim ki, tirajlı qəzetləri başa düşdüm, bəs çıxmayan qəzetin baş redaktorunun namizədliyi hansı əsasla irəli sürülüb? Mən Koordinasiya Şurasında təmsil olunmaq iddiasında deyiləm, demokratik düşərgədə sıravi əsgər kimi də qalmaq mənim üçün xoşdur. Çox təəssüf edirəm ki, uzun müddət Müsavat Partiyası əleyhinə təbliğat aparan Şahvələd Çobanoğlu mənim çıxışımı da Müsavata qarşı təbliğatda istifadə etmək üçün fürsət bilib. Mən öz mövqeyimi ifadə etdiyim halda o, Müsavat Partiyasının rəhbərliyi əleyhinə təbliğat aparır. Əslində bu, Şahvələd Çobanoğlunun Müsavat əleyhinə apardığı təbliğatın davamıdır”.
M. Hacıbəyli onu da deyib ki, İP-nin sonuncu iclasında Koordinasiya Şurasına yeni üzvlərin qəbul olunması Palata üzvlərin arasında kifayət qədər şəxsin haqlı narazılığına səbəb olub: “Səsvermə zamanı bir çoxlarının etiraz çıxışı etməsinə də imkan verilmədi. Səsvermə də elə keçirildi ki, bəzi adamlar səsvermənin nə ilə bağlı olduğunu heç anlamadılar”.
M. Hacıbəyli onu da vurğulayıb ki, Ş. Çobanoğlunun İP-nin Koordinasiya Şurasına üzvlükdən imtina etməsi ilə İP heç nə itirməyib.
Xatırladaq ki, İP-nin üzvü Mustafa Hacıbəyli qurumun fevralın 26-da keçirilmiş sonuncu iclasında çıxış edərək İP KŞ-nin tərkibinin genişləndirilməsinə etiraz edib. O, bununla bağlı Koordinasiya Şurasına iradının olduğunu deyib: M. Hacıbəyli Şahvələd Çobanoğlunun adını çəkməsə də, “çıxmayan qəzetin redaktorunu da Koordinasiya Şurasına üzv olmasını düzgün hesab etmirəm” deməklə onun da üzvlüyünə etirazını bildirib: “Ümumilikdə Koordinasiya Şurası dostbazlıq edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR