Bank Of Baku

VİP sədri: “AXCP-yə keçənlər iki ay əvvəl partiyadan çıxıblar”

VİP sədri: “AXCP-yə keçənlər iki ay əvvəl partiyadan çıxıblar”
# 03 mart 2011 10:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Elman Qasımlının və Mənsur Cəbrayılzadənin nəyin düz, nəyin səhv olmasını müzakirə etmədən partiyadan çıxmaları, sonra isə məsələnin ictimailəşdirilməsi başqa mətləblərdən xəbər verir”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O, istənilən şəxsin partiyanı tərk etməsinə təəssüfləndiyini bildirib: “Bu adamlar partiyanın inkişafında zəhmət çəkiblər. Lakin bu xəbərdə yanlışlıq var. Çünki partiyanın kollegial rəhbər qurumunda Mənsur Cəbrayılzadə adlı üzvü olmayıb. Elman Qasımlı isə Siyasi Şuranın üzvü olub. Hər iki şəxs partiyadan getməsi ilə bağlı iki ay öncə ərizə yazıb. Ərizə verdikləri gündən onlar partiyanın üzvlüyündən çıxıblar. Bu gün onların VİP-in adından istifadə edərək, harasa transfer etmələri ilə bağlı yaydıqları bəyanat həqiqətə uyğun deyil. Onların sabiq VİP üzvü adlandırılmaları daha doğru olardı”. Ə. Əliyev qeyd edib ki, həmin şəxslərin partiyadan getmələri ilə nəticələnən hadisədə kənar təsirin olub-olmaması müzakirə olunmayıb.

Qeyd edək ki, Elman Qasımlı və Mənsur Cəbrayılov bəyanat verərək VİP-dən çıxdıqlarını və AXCP-yə keçdiklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR