Azərbaycan prezidenti yeni hərbi müəssisənin açılışında iştirak edib - YENİLƏNİB - FOTOSESSİYA
Sonra müəssisənin açılışı olub. Müəssisə ilə tanış olan dövlət başçısı burada xaricdən gələn mütəxəssislərlə görüşüb. Prezident İ. Əliyev onlarla birlikdə müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxıb. Pilotsuz təyyarənin maketi hədiyyə olaraq dövlət başçısına təqdim olunub. Müəssisə barədə prezidentə məlumat verən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, “Azad sistems Co.” müəssisəsinin də daxil olduğu “Şərq” İstehsalat Birliyində son bir neçə ildə geniş tikinti və yenidənqurma işləri aparılıb. Son 3 ildə müəssisədə 5 istehsal sahəsi yaradılıb və yeni texnoloji avadanlıq quraşdırılıb.
Müəssisənin istehsal sahəsi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, burada müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında ekipajın olmaması, çəkilən xərclərin az olması, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir. Kompozit materialları sahəsində iş prosesi ilə tanış olan prezident İ. Əliyevə məlumat verilib ki, orbitr 2M və aerostar təyyarələrinin istehsal olunduğu müəssisədə istehsal prosesinin həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Pilotsuz təyyarələrin hissələri də burada hazırlanır. Bunun üçün xüsusi qəliblərdən istifadə olunur və hazırlanma prosesi xüsusi dəqiqliklə icra edilir. Kəsmə-biçmə sexində də hər cür şərait yaradılıb, təyyarələrin hazırlanmasında istifadə olunan materiallar bu bölmədə kəsilir, biçilir və aidiyyəti üzrə istehsala yönəldilir.
Prezident İ. Əliyev MSN-in muzeyində saxlamaq üçün təqdim olunan pilotsuz təyyarənin qanadını imzalayıb. Mühərriklərin yığım sexində olan dövlət başçısı burada yaradılan şəraitlə maraqlanıb. Dövlət başçısına müəssisədə hazırlanan pilotsuz təyyarələrin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, orbitr 2M təyyarəsi 4-6 km hündürlükdə 4-5 saat uça bilir. Aerostar təyyarəsi 10 km yüksəklikdə 12 saat dayanmadan uçur.
Prezident İ. Əliyevə pilotsuz təyyarələrin hissələri və orbitr 2M təyyarəsinin yerüstü idarəetmə stansiya barədə məlumat verilib. Dövlət başçısı təyyarələrin idarəetmə mərkəzinin fəaliyyəti ilə də maraqlanıb. Qeyd olunub ki, bu mərkəz hazır məhsulun keyfiyyətini yoxlamaq, bir növ onun sınağını keçirməklə yanaşı, pilotsuz təyyarələrin idarə olunmasının texniki xüsusiyyətlərini də özündə əks etdirir. O da bildirilib ki, kəşfiyyat tapşırıqlarını və yerdən ötürülən tapşırıqları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli, platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsi ilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlıqların köməyi ilə yerinə yetirilir.
Sonra gələcəkdə istehsalı Azərbaycanda nəzərdə tutulan DİAMOND-42 dörd yerlik sərnişin təyyarəsinin təqdimatı olub. Müəssisə tanış olan prezident İ. Əliyev burada yaradılan şəraitdən razı qaldı və kollektivə uğurlar arzulayıb.
Daxili siyasət
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Xəbər Lenti
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib